İqor Strelkov (Girkin) Moskvada saxlanılıb

22-07-2023, 00:11           
İqor Strelkov (Girkin) Moskvada saxlanılıb
Cümə günü, iyulun 21-də hüquq-mühafizə orqanları qondarma “DXR”in keçmiş müdafiə naziri İqor Strelkovu (Girkin) saxlayıb. Bu barədə RBK mənbələrə və Strelkovun vəkili Aleksandr Moloxova istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Strelkovu günorta saatlarında evindən aparıblar. İstintaq Komitəsinin əməkdaşları onun mənzilində axtarış aparır.

İlkin məlumatlara görə, saxlanılma “Vaqner”in keçmiş əməkdaşının tələbi ilə həyata keçirilib.

Strelkovun “Teleqram”ında onun həyat yoldaşı Miroslava Reginskayanın məlumatı yayılıb. O, İstintaq Komitəsinin nümayəndələri ora gələndə evdə olmadığını deyib.

“Dostlarımdan öyrənə bildim ki, ərimə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsi (ekstremizm) ilə ittiham irəli sürülüb”.

İqor Strelkov (Girkin) Rusiya ordusunun rəhbərliyini Ukraynada döyüş əməliyyatlarını bacarıqsız apardığına görə sərt tənqid edib. Son zamanlar o, Rusiyanın siyasi rəhbərliyini də tənqid etməyə başlamışdı.(Turan)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru