Simonyana görə 10-cu sinif şagirdi həbs edildi - Guya ona sui-qəsd hazırlayıbmış
22-07-2023, 09:54
Kremlin əsas təbliğatçılarından olan Marqarita Simonyan və jurnalist Kseniya Sobçaka qarşı sui-qəsd hazırlığına dair cinayət işinə daha bir şübhəli şəxs əlavə olunub.
Rusiyanın “Kommersant” nəşri sözügedən cinayət işinə Moskva məktəblərinin birində təhsil alan 10-cu sinif şagirdinin cəlb edildiyini yazıb.
Şagirdin adı çəkilmir və onun artıq Moskvanın Basman məhkəməsi tərəfindən həbs edildiyi bildirilir. Qeyd olunur ki, guiya Simonyana və Sobçaka qarşı sui-qəsd hazırlayan dəstənin üzvü olan həmin şagird həmçinin, ekstremist təşkilatlardan birinin üzvü imiş.
İstintaq iddia edir ki, həmin şəxslər Ukrayna kəşfiyyatı tərəfindən ələ alınıblar. Sözügedən cinayət işi üzrə artıq 8 nəfərin həbs olunduğu bildirilir.