Yerli vaxtla saat 21:17-də Qəbələ stansiyasından 20 km şimalda, Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Bu barədə zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Zəlzələ 3 bala kimi hiss olunub. Mərkəzdən o da bildirilib ki, episentr Yer səthinə yaxın olduğuna görə zəlzələ hiss edilib.