Polis serjantı boğulan uşağı xilas edir, lakin özü həlak olur...
22-07-2023, 08:10
Naxçıvanda qəhrəman polis göldə boğulan uşağı xilas etdi, anasını və özünü xilas edə bilmədi. Bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vusal Əbülfəz oglu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. Teref.az yazır ki, bunu DİN mətbuat xidmətinin rəhbəri polkovnik Elşad Hacıyev yazır. Daha sonra Elşad bəy yazır: Daha sonra uşağın anası—1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər. Allah rəhmət eləsin. Teref.az