Gəncədə kütləvi dava — Qardaşlar xəsarət aldılar

29-06-2016, 00:30           

Gəncə şəhərində kütləvi dava baş verib, nəticədə iki qardaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

teref.az Kəpəz TV-yə istinadən xəbər verir ki, 34 yaşlı Zakir Verdiyev və 31 yaşlı Mahir Verdiyev şəhərin “Bala bağban” adlanan ərazisində döyülüb. Qardaşlardan Zakir Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) travmatologiya şöbəsinə yerləşdirilib. Ona əng sümüyünün qırığı diaqnozu qoyulub. Qardaşı Mahir Verdiyevin gözünə bibər suyu töküldüyündən o, Göz Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru