Meksikada klubun yandırılması nəticəsində 11 nəfər ölüb, xəsarət alanlar var

23-07-2023, 08:53           
Meksikada klubun yandırılması nəticəsində 11 nəfər ölüb, xəsarət alanlar var
Meksikanın şimalındakı Sonora ştatında bir klubda törədilən yanğın nəticəsində 11 nəfər həlak olub, xəsarət alanlar var.

Bu barədə Sonora Prokurorluğu tviterdə məlumat yayıb.

Hadisə zamanı yaralanan 4 nəfər hazırda yerli xəstəxanadadır.

Sonora Ştat Prokurorluğu barı qəsdən yandıran şəxsin müəyyən edilərək tutulması istiqamətində araşdırmalar aparır.

İlkin məlumata görə, həddindən artıq sərxoş vəziyyətdə olan şəxs müəssisənin qapısına yanar əşya atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru