Kəlbəcərdə hərbçilərimizi daşıyan avtomobil qəzaya uğrayıb, ölən və yaralanan var - FOTO/VİDEO

23-07-2023, 09:00           
Kəlbəcərdə hərbçilərimizi daşıyan avtomobil qəzaya uğrayıb, ölən və yaralanan var -  FOTO/VİDEO
Kəlbəcərdə hərbçilərimizi daşıyan avtomobil qəzaya uğrayıb, ölən və yaralanan var.

Bu barədə Hərbi Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus “Maz” markalı avtomobilin 22 iyul 2023-cü il tarixdə qəzaya uğraması, hərbi qulluqçular - baş əsgər Əliyev Emin Eldəniz oğlunun ölməsi və leytenant Hüseynov Əli İlyas oğlunun müxtəlif dərəcəli xəsarətlər alması faktı ilə əlaqədar Kəlbəcər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Hazırda Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru