Dünyanı heyrətə gətirən kəşf - Super Yer tapıldı

23-07-2023, 09:44           
Dünyanı heyrətə gətirən kəşf - Super Yer tapıldı
Dünyanı heyrətə gətirən kəşf - Super Yer tapıldı
Astronomlar NASA-nın Transiting Exoplanet Tracking Satellite (TESS) ilə yeni "super-Yer" ekzoplanetinin kəşf edildiyini elan ediblər.

Teref.az xəbər verir ki, "TOI-1680 b" adlandırılan ekzoplanet Yerdən təxminən 50 faiz böyük olan və dünyadan təxminən 120 işıq ili uzaqlıqda yerləşən M tipli cırtdan ulduzun ətrafında fırlanır.

"TOI-1680 b"in Yerin radiusundan 1,46 dəfə geniş olduğu təxmin edilir və kütləsi Yerin kütləsinin təxminən 3,18 qatına bərabərdir.

Qeyd edək ki, TESS tranzit ekzoplanetləri axtarmaq üçün Günəşə yaxın, ən parlaq 200 min ulduzu axtarır. İndiyədək 6700-ə yaxın ekzoplanetin tapıldığı güman edilib, onlardan 363-ü təsdiqlənib./musavat












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru