İsrail həkimləri başı bədənindən qopan fələstinli uşağın başını yerinə tikiblər

25-07-2023, 11:04           
İsrail həkimləri başı bədənindən qopan fələstinli uşağın başını yerinə tikiblər
Tibb sahəsində nadir əməliyyatlardan biri baş tutub.

Əməliyyat İsrail həkimləri tərəfindən həyata keçirilib. Belə ki, cərrahlar başı bədənindən ayrılmış 12 yaşlı fələstinli uşağın başını yenidən yerinə tikə biliblər.

Azyaşlının əməliyyatdan sonra hərəkətsiz qalacağı düşünülürdü. Lakin o, ayağa qalxıb və hərəkət funksiyaları normal çalışıb.

Qeyd edilir ki, 12 yaşlı fələstinli Süleyman Həsən velosiped sürərkən onu maşın vurub və başı maşının altında qalaraq qopub. Kənardan onun başı bədəninə bitişik görünüb. Lakin rengen müayinəsi zamanı kəllə sümüyünün onurğadan ayrıldığı məlum olub.

Tibb tarixinə düşən əməliyyatı cərrah Oxad Eynav edib.\\Kanal.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru