15 qadınla evli olan hindistanlını acgözlüyü ələ verdi - FOTO

25-07-2023, 14:04           
Hindistanın Karnataka ştatının Banqalor şəhərində polis özünü həkim kimi təqdim edərək yaxşı təhsilli və uğurlu karyerası olan 15 qadınla gizli şəkildə evlənən kişini həbs edib.

Bildirilir ki, Maysor şəhərindən olan 35 yaşlı Maheş K.B.Nayakın qeyri-qanuni fəaliyyətinin üstü 2023-cü ilin əvvəlində ailə qurduğu qadının şikayətindən sonra açılıb. Belə ki, proqram mühəndisi olan qadın ərinə klinika açmaq üçün pul verməməsindən sonra kişi onun qızıl-zinət əşyalarını və nağd pulunu götürərək qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hindistanlı üçün axtarış təşkil edib, onu Tamakura rayonunda tapıb və həbs ediblər.

Bu zaman məlum olub ki, fırıldaqçı 2014-cü ildən bəri azı 15 qadınla evlənib. Onlardan dördündən uşaqları da var.

Bildirilir ki, hindistanlı yeni arvadlarını tanışlıq saytları vasitəsilə tapıb, burada özünü mühəndis və ya həkim kimi qələmə verib. Nyak özünün həkim olduğu iddialarını dəstəkləmək üçün hətta Tumkur şəhərində uydurma klinika da yaradıb.

15 qadınla evli olan hindistanlını acgözlüyü ələ verdi - FOTO
O da vurğulanır ki, əslində kişinin qurbanı daha çox ola bilərdi, ancaq ingilis dilini yaxşı bilməməsi ona mane olub. Polisin dediyinə görə, kişinin dil bilməməsi bir çox qadınlar üçün “qırmızı bayraq” rolunu oynayıb və onları cinayətkarın əlindən xilas edib.

Polisin məlumatına görə, Nyakın digər arvadları aldadıldıqlarını başa düşsələr də, ictimaiyyətin qınağından qorxaraq şikayət etməyiblər.

Xatırladaq ki, bundan əvvəl hindistanlı qadının 27 kişi ilə evlənərək, onları aldatdığı barədə xəbər vermişdik.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru