Ukrayna uğur qazandı, ruslar geri çəkildi – Baş Qərargah

25-07-2023, 11:25           
Ukrayna uğur qazandı, ruslar geri çəkildi – Baş QərargahStaromayorskoye istiqamətində Ukrayna hərbçiləri uğur qazanıb.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Ordusu Baş Qərargahının rəhbəri Andrey Kovalyov telemarafon zamanı bildirib.

“Ruslar ehtiyatlardan istifadə etməklə birləşmələri və qoşunları hərəkətə keçirərək güclü müqavimət göstərməkdə davam edirlər”, - deyə o bildirib.

Andrey Kovalyovun sözlərinə görə, Müdafiə Qüvvələri Baxmut, Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatını davam etdirir: “Ordumuzun hücum əməliyyatları keçirməsi zamanı ruslar Andrevka ərazisindəki mövqelərdən geri çəkilməyə məcbur olublar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru