Bakıda sərnişin avtobusu qəza törətdi: - yaralılar var

29-06-2016, 12:26           
Bakıda sərnişin avtobusu qəza törətdi: - yaralılar var
Bakıda sərnişin avtobusu qəza törədib. Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda, Binəqədi qəsəbəsinin mərkəzi dairəsində baş verib. "İveco" markalı, 10 TF 127 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə "Ford" markalı, 99 DA 850 nömrəli yük maşınının toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Yaralılardan biri qadın, digər ikisi isə kişidir. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru