QMİ-nin sabiq şöbə müdiri ilə bağlı cinayət işi məhkəməyə göndərildi
29-06-2016, 14:36
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri, dövlətə xəyanətdə təqsirləndirilərək həbs edilən Elşən Mustafaoğlu barəsində olan cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
teref.az bildirir ki, bu barədə Trend-ə təqsirləndirilən şəxsin vəkili Əfqan Məmmədov məlumat verib. Vəkil bildirib ki, hələlik cinayət işi üzrə məhkəmə prosesinin keçiriləcəyi tarix məlum deyil.
Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.