Gəncədə yeni “söküntü bumu” başlayır-128 MƏNZİL DAĞIDILACAQ
30-06-2016, 00:36
Gəncə şəhərində yaxın zamanlarda daha 128 mənzilin söküntüsü həyata keçiriləcək. Gununsesi.info-nun xəbərinə görə, bu barədə elə adıçəkilən şəhərə rəhbərlik edən Elmar Vəliyev yerli ictimaiyyətin qarşısında çıxışı zamanı bildirib. Onun iddiasına görə, söküntü işləri şəhərin abadlaşdırılmasına xidmət edəcək. İcra başçısı söküntü işlərinin Gəncə çayının sol sahilində həyata keçiriləcəyini deyib.
Qeyd edək ki, son illərdə Gəncədə yüzlərlə mənzil və obyektlər sökülüb. Şəhərin mərkəzi küçələrinin əksəriyyəti yararsız vəziyyətdə qalsa da nə zaman təmir olunacağı bilinmir. Gəncə çayının ətrafında sökülən qaraj və mənzillərin yerləri isə iş adamlarına satılıb.