Neftin qiyməti bir barelə görə 51 dolları ötüb

30-06-2016, 00:38           

Bu gün neftin qiyməti ABŞ-ın enerji xammalı ehtiyatları barədə məlumatlar fonunda artmaqda davam edir.
"Report" hərracların nəticələrinə əsasən xəbər verir ki, "Brent" markalı neftin qiyməti Böyük Britaniyada iyunun 23-də "Brexit" üzrə referendumun keçirildiyi gündən ilk dəfə olaraq bir barel üçün 51 dollar göstəricisinə çatıb.
Bakı vaxtı ilə saat 22.04-ə olan vəziyyətə görə, "Brent"in sentyabr fyuçerslərinin qiyməti 3,59% artaraq bir barelə görə 51,03 dollara çatıb. Eyni zamanda WTI yüngül neftinin avqust fyuçersləri 3,72% bahalaşaraq bir barel üçün 49,63 dollar təşkil edib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru