ABŞ-ın Suriyadakı üç hərbi bazasına hücum olundu

13-08-2023, 13:13           
ABŞ-ın Suriyadakı üç hərbi bazasına hücum olundu
Deyr əz-Zor və Həsəkə əyalətlərində ABŞ-ın üç hərbi bazası Suriyanın şərqində ABŞ hərbçilərinə qarşı fəaliyyət göstərən ərəb qəbilə silahlıları tərəfindən raket atəşinə tutulub.

Publika.az xəbər verir ki, bu barədə TASS Fars Xəbər Agentliyinin geniş bəyanatına istinadən məlumat yayıb.

Beş raket Amerika qüvvələrinin Koniko qaz yatağı ərazisindəki mövqelərinə, dördü isə Əl Ömər neft yatağı yaxınlığındakı ABŞ bazasında partlayıb. Raketlərdən biri Əl Şəddadi bazasındakı aerodroma düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, Konikodan səmaya tüstü qalxıb. Ərazidə isə təcili yardım maşınlarının siqnalları eşidilir. Amerika hərbi komandanlığının Bağdaddakı nümayəndəsi hələlik bazalara hücum faktlarını təsdiqləməyib.

Qeyd edək ki, suriyalı döyüşçülər öz bəyanatlarında vəd ediblər ki, onlar bütün Suriya torpaqları işğalçılardan təmizlənənə qədər Amerika qoşunlarının qalalarını məhv etməyə davam edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru