YAP-ın təşkilat sədrinin sürücüsü intihara cəhd edib - Masallıda

13-08-2023, 19:45           
YAP-ın təşkilat sədrinin sürücüsü intihara cəhd edib - Masallıda
Masallı rayonunda intihara cəhd olub.

Reyting.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl rayon sakini Elman Şahnəzər oğlu Abdullayev həyatına qəsd etmək məqsədilə sirkə turşusu içib.

Etibarlı mənbənin məlumatına görə, intihara cəhd edən şəxs Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevin sürücüsüdür. İddia olunur ki, Elman Abdullayevin intihara cəhd etməsinə səbəb təşkilat sədrinin onu təhqir etməsidir.

Qeyd edək ki, vəziyyəti ağır olan E. Abdullayevin avqustun 11-də Bakıdakı xəstəxanalardan birinə yerləşdirildiyi məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru