Sovet qırıcısı MiQ-23 ABŞ-da hava şousu zamanı qəzaya uğrayıb... - VİDEO

14-08-2023, 09:17           
Sovet qırıcısı MiQ-23 ABŞ-da hava şousu zamanı qəzaya uğrayıb... - VİDEO
ABŞ-ın Miçiqan ştatında hava şousunda Sovet istehsalı olan MiQ-23 qırıcısı qəzaya uğrayıb. Pilot və ikinci ekipaj üzvü təyyarədən atılıb...

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, qırıcı Detroit yaxınlığındakı Bellevil şəhərində yaşayış kompleksinin dayanacağına çırpılıb. Detroit Beynəlxalq Hava Limanının saytında yer alan xəbərə görə, bir neçə avtomobilə ziyan dəyib.

MiQ-23 dəyişən qanad həndəsəsinə malik çoxməqsədli qırıcıdır. 1969-cu ildə istifadəyə verilmiş, 1985-ci ildə kütləvi istehsal dayandırılmışdır. Təyyarələr Əfqanıstan, Əlcəzair, Anqola, Bolqarıstan, Kuba, Çexoslovakiya, Almaniya, Misir, Liviya, Macarıstan, İraq, Hindistan, Şimali Koreya, Efiopiya, Cənubi Yəmən, Polşa, Suriya və Vyetnama ixrac edilib.

Pilot və ikinci ekipaj üzvü xəstəxanaya yerləşdirilib. Onlar ciddi xəsarət almayıblar. Başqa heç kim zərər görməyib.

ABŞ Federal Aviasiya Administrasiyası araşdırma aparır. Qəzanın mümkün səbəbləri barədə hələlik məlumat verilmir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru