Rusiyada yaşayış binasında partlayış olub, 4 nəfər yaralanıb 14-08-2023, 17:08 Rusiyanın Saratov vilayətinin Volski rayonunda yerləşən yaşayış binalarının birində partlayış olub.“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.Bildirilib ki, hadisə nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər yaralanıb.Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2 uşağın və 1 yetkinin durumu orta-ağırdır.Faktla bağlı araşdırma aparılır Facebook-da paylaş