Oktyabrın 6-da saat 20:30 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd sakini 1986-cı il təvəllüdlü Zaməddin Həsənlinin minaya düşməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən Bakupost.az-a verilən məlumata görə, ,Z.Həsənli minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb. Araşdırma aparılır. Qeyd edək ki, bu gün Tərtərin Həsənqaya kənd sakini, 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.