Livanda həbsxanada yanğın olub ölən və yaralananlar var

7-10-2023, 09:08           
Livanda həbsxanada yanğın olub ölən və yaralananlar var
Livanın şərqində, Bekaa əyalətindəki Zahle həbsxanasında məhbuslar “pis həyat şəraitinə” etiraz etmək üçün yanğın törədiblər.

Gununsesi.info xəbər verir ki, yanğınla bağlı Livanın rəsmi NNA agentliyi məlumat yayıb.

Bildirilib ki, bəzi məhbuslar etiraz əlaməti olaraq həbsxananın yuxarı mərtəbəsində yanğın törədiblər və alov qısa müddətdə bütün mərtəbələrə yayılıb.

İlkin məlumatlara görə, yanğında 4 məhbus həyatını itirib, yaralılar var.

Livan Daxili İşlər Nazirliyi həbsxanasında baş verən hadisələrin Baş Qərargah ilə koordinasiyalı şəkildə izlənildiyini və bütün lazımi tədbirlərin görüldüyünü açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru