Belarusda dünyanın ən böyük ət kotleti hazırlanacaq

7-10-2023, 12:58           
Belarusda dünyanın ən böyük ət kotleti hazırlanacaq
Belarusda yerləşən “Moqilyov” ət emalı müəssisəsində diametrinə görə dünyanın ən böyük ət kotleti hazırlanacaq.

Bu barədə Belarus Rekordlar Kitabının Ekspert Şurasından məlumat verilib.

Kotletin diametrinin iki metr olacağı və bununla da dünya rekorduna imza atılacağı bildirilir.

Rekordun oktyabrın 7-də Moqilyov vilayətinin Xotimsk şəhərində keçiriləcək “Dojinki” kənd zəhmətkeşlərinin regional festivalı çərçivəsində qeydə alınması planlaşdırılır.
Sonda nəhəng kotlet qocalar və əlillərin qaldığı pansionata veriləcək.

Mənbə: Sputnik Belarus












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru