İsrail Qəzza zolağından raket atəşinə tutulub - FOTO/VİDEO
7-10-2023, 09:46
İsrailin mərkəzi və cənub hissələri, eləcə də Qəzza zolağına bitişik ərazilərdə hava hücumu xəbərdarlığı elan edilib.
Bu barədə İsrail Müdafiə Qüvvələri “Telegram” kanalında bildiriblər.
“Qəzza zolağından İsrailə raketlər atılıb”, - deyə xəbərdə qeyd olunub.
İsrailin cənub və mərkəz sakinlərindən qorunan ərazilərin yaxınlığında qalmaları və təlimatlara əməl etmələri istənilib. Qeyd edək ki, raket hücumu nəticəsində bir neçə nəfər yaralanıb. Mənbə: Rbc