İsrailin general-mayoru yaralandı

7-10-2023, 13:47           
İsrailin general-mayoru yaralandı
İsrailin raket atəşinə tutulması nəticəsində general-mayor yaralanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Məlumata əsasən, Sderotda gedən döyüşdə Cənub Polis Dairəsinin komandiri, general-mayor Amir Koen yaralanıb.
İsrail Xarici İşlər Nazirliyi bəyanat yayaraq HƏMAS təşkilatının bu hərəkətlərinin əvəzini ağır ödəyəcəyini bildirib.

Qeyd edilib ki, HƏMAS təşkilatı raketlərin atılması və Qəzza zolağından İsrail ərazisinə terrorçuların sızması da daxil olmaqla birgə hücum həyata keçirib. Ancaq İsrail ordusu mülki İsrail vətəndaşlarını müdafiə edəcək.

Nazirlik mülki şəxsləri Milli Fövqəladə Hallar Portalında yerləşdirilən xüsusi təlimatlara uyğun hərəkət etməyə və sığınacaqlara yaxın qalmağa çağırıb. Qəzza zolağının ətrafındakı bölgələrdə yaşayan sakinlərdən isə evlərində qalmaları istənilib.

Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu sirenləri səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Atılan raketlər nəticəsində 70 yaşlı qadın həyatını itirib. Cənub dairəsində isə polis general-mayoru Amir Koen yaralanıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru