İsrailli general əsir götürüldü - FOTO

7-10-2023, 16:04           
İsrailli general əsir götürüldü - FOTO
Bu gün səhər saatlarından Fələstinin İsrailə hücumu nəticəsində 65-ə yaxın İsrail əsgəri öldürülüb, 50-dən çox əsgər isə əsir götürülərək Qəzza zolağına aparılıb.

Musavat.com "The Jerusalem Post"a istinadən xəbər verir ki, əsir götürülənlər arasında israilli general Nimrod Aloni də var.

O, "HƏMAS" silahlıları tərəfindən sağ ələ keçirilib və naməlum istiqamətə aparılıb.

Məlumata görə, o, 2022-ci ilin avqustunadək İsrail ordusunun Qəzza zolağında komandan olub.

Bildirilib ki, HƏMAS silahlıları onu yaşadığı evin yanında tutublar. Generalın evi Fələstinlə sərhəddə yerləşir.

Qeyd edək ki, bu dəqiqələrdə İsrail və Fələstin rəsmiləri arasında əsirlərin geri qaytarılması ilə bağlı müzakirələrə başlanılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru