İsrailin ikinci ən böyük elektrik stansiyası PARTLADILDI

7-10-2023, 16:54           
İsrailin ikinci ən böyük elektrik stansiyası PARTLADILDI
İsrailin ikinci ən böyük elektrik stansiyası “Rutenberq” raket atəşinə məruz qalıb.

Bizim.Media “Mash”a istinadla xəbər verir ki, hadisə nəticəsində yanğın baş verib.

Xatırladaq ki, bu gün gecə saatlarından başlayaraq Qəzza zolağından İsrail ərazisinə raket hücumlarına start verilib.

Eyni zamanda, “Həmas” silahlıları İsrail ərazisinə daxil olaraq, bir sıra hərbi və infrastruktur obyektlərinə hücum ediblər. İsrail Ordusunun xeyli sayda hərbçisinin həyatını itirdiyi və əsir alındığı ilə bağlı xəbərlər yayılıb.
İsrail Müdafiə Qüvvələri cavab tədbiri olaraq, Qəzza zolağında “Dəmir qılınclar” ("Iron Swords") adı altında hərbi əməliyyatlara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru