SON DƏQİQƏ! Münaqişə alovlanır: Bu ölkə HƏR AN hədəfə alına bilər

9-10-2023, 19:55           
SON DƏQİQƏ! Münaqişə alovlanır: Bu ölkə HƏR AN hədəfə alına bilər
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) USS Gerald R. Ford təyyarədaşıyan gəmisi də daxil olmaqla donanmanın İsrail ordusuna dəstək vermək üçün Şərqi Aralıq dənizinə yola düşdüyünü açıqlayıb.
CENTCOM-un komandiri general Maykl Kurilla Birləşmiş Ştatların bu mövqeyi daha da gücləndirmək üçün qlobal miqyasda hazır qüvvələr saxladığını bəyan edib və CENTCOM-un İsrailin yanında olduğunu bildirib.

ABŞ-ın İsrailə göndərdiyi yardım “güc nümayişi” kimi şərh edilib.

"Aljazeera"nın təhlildə ABŞ-ın 38-ci prezidentinin adını daşıyan Gerald Ford təyyarə gəmisinin rəhbərlik etdiyi donanmanın Amerikanın hərbi gücünü nümayiş etdirdiyi və İsrailə açıq dəstək vermək üçün qəsdən göndərildiyi iddia edilib.

ABŞ-ın bəyanatından sonra İraqdakı Şiə Koordinasiya Çərçivəsi direktoru və İran tərəfdarı Bədr Təşkilatının rəhbəri Hadi əl-Amiri ABŞ-ı hədələyib.

O, Fələstin xalqının yanında olduqlarını ifadə edib: “ABŞ Fələstinə müdaxilə edərsə, ABŞ-ı hədəf almaqdan çəkinməyəcəyik”.

Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru