Faciədə xəsarət alanlardan xəstəxanada pul istəyirlər - ŞOK

21-05-2015, 11:52           
Faciədə xəsarət alanlardan xəstəxanada pul istəyirlər - ŞOK
Bakıdakı 5 saylı Şəhər Klinik Xəstəxanası səhiyyə nazirini aldadır. Yanan binanın yaralı sakinləri dövlət hesabına müalicə olunduğu söylənsə də, bu, “gözdən pərdə asmaq” üçün dövriyyəyə buraxılmış yalandır.

TİA.AZ-a daxil olan xəbərə görə, yanan bina sakinlərindən səhiyyə ocağının işçiləri tibbi ləvazimatların, peraparatların pulunu tələb edir. Nazirin və dövlət başçısının xüsusi diqqətinə baxmayaraq, xəstəxanada yanan sakinlərin yaxınlarının “dərisini qabığından çıxarırlar”.
Əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, xəstəxanada müalicə olunanlara səhiyyə naziri Oqtay Şirəliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva baş çəkib.
Bu ziyarətdən sonra xəstəxana rəhbərliyi öz bildiyini həyata keçirməyə davam edib. Xəstələrin ailələrindən, yaxınlarından iynə-dərman, sarğı, tənzif, müxtəlif tibbi ehtiyacların pulu istənilir.
Xatırladaq ki, Bakıdakı 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinin adı və statusu dəyişdirilib. Xəstəxanada aparılan struktur və kadr dəyişikliyi nəticəsində yanıq şöbəsi Respublika Yanıq Mərkəzinə çevrilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.