İcra hakimiyyətinin tabeliyindəki müəssisənin tenderi ləğv edildi
5-12-2023, 00:05
Qazax Rayon İcra Hakimiyyətinin tabeliyində olan Qazax Kommunal Müəssisələri Kombinantının "Təsərrüfatda istifadə olunacaq ağac tingləri, gül kolları və mal-materiallarının satın alınması" ilə bağlı elan etdiyi tender ləğv edilib.
32gun.az xəbər verir ki, bunun səbəbi müvafiq icra hakimiyyəti orqanının qərarıdıt. Bu da DSQ 4.1.2, 38.2, 57.3.7-ci maddələrlə tənzimlənir.