“102”yə zəng edib hər kəsi öldürəcəyini dedi

5-12-2023, 10:34           
“102”yə zəng edib hər kəsi öldürəcəyini dedi
DİN-in “102” xidməti – mərkəzinə zəng edib, nalayiq ifadələr işlədən şəxs həbs edilib.

Gununsesi.info-nun məlumatına görə, 1972-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş Cəlal Cavadov (ad-soyad şərti) şəxsi məsələsi ilə bağlı “102”yə zəng edərək, nalayiq ifadələr işlədib, polis əməkdaşlarını döyəcəyini, qarşısına çıxan hər kəsi və özünü öldürəcəyini bildirib.

Cəlal Cavadov Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, 20 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru