Sahibkarların növbəti qrupunun həbsi ilə bağlı Moderator.az-a ilginc məlumat daxil olub. Bildirilir ki, Qafqaz İnkişaf Bankının Müşahidə Şurasının sədri Eldar İsmayılov 24 milyon manat vəsaiti taladığına görə DİN-in BMCMİ və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin apardığı birgə istintaqın nəticəsində həbs olunub. Məlumatda qeyd olunur ki, həmin epizodla bağlı daha 12 nəfər istintaqa cəlb olunub və müxtəlif adlara sənədləşdirməklə külli miqdarda vəsait ələ keçirilib. İddialara görə, təkcə bir epozod üzrə bir ofisiantın adına 7 milyon manat pul yazılaraq mənimsənilib. Həmin şəxslər barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qəti-imkan tədbirinin seçilməsi gözlənilir.