Hacıbala Abutalıbov: “Hafiz Hacıyev dəlidir”

21-05-2015, 21:44           
Hacıbala Abutalıbov: “Hafiz Hacıyev dəlidir”
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin ona qarşı irəli sürdüyü ittihamlara cavab verib.

Bakı meri H.Abutalıbov publika.az-a açıqlamasında deyib ki, Hafiz Hacıyev nə dediyini özü də anlamır: “Mən o adamın nəyinə cavab verim? Hafiz Hacıyev dəlidir, axmağın biridir. Mən indi bu barədə onunla danışacam”.
Xatırladaq ki, bu gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev paytaxtın Azadlıq prospektində yanan binaya görə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu ittiham edib: "

Hacıbala müəllim bilmir ki, onu gətirən kimdir? Bəyəm xəbəri yoxdur binalara hansı materiallar vurulur? Çox gözəl bilir. Sadəcə olaraq özünü bilməməzliyə vurur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru