Rusiyada “rəqs edən” tramvay sakinləri qorxuya salıb - VİDEO

3-04-2024, 15:44           
Rusiyada “rəqs edən” tramvay sakinləri qorxuya salıb - VİDEO
Rusiyanın Novosibirsk şəhərində içərisində sərnişinlərin olduğu tramvay hərəkət edərkən o yan-bu yana yırğalanmağa başlayıb ki, bu da yoldan keçən sürücüləri qorxuya salıb.

Bununla bağlı video sosial şəbəkələrdə yayılıb.

“Görün necə yellənir! Dəhşətdir! Harada sürməyin daha təhlükəsiz olduğunu bilmirsən - kələ-kötür yolda, yoxsa ictimai nəqliyyatda”, - deyə videonu çəkən sürücü söyləyib.

Kadrlarda avtomobilin əməlli-başlı yelləndiyi görünür. Şərhlərdə nəqliyyata “rəqs edən tramvay” adı verilib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru