Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərov həbs ediləcək.
Hazırda həbsdə olan Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, eləcə də həbs edilən başqa vəzifəli şəxslər istintaq verdiyi ifadələrində rayondakı bütün üzlük biznesinin başında X.İskəndərovun durduğunu bildiriblər.
Bu barədə istiqlal.az-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub.
Mənbə bildirir ki, icra başçısı haqda bütün məlumatlar toplanıb və yuxarılara təqdim edilib: "Ortada kifayət qədər ciddi arqumentlər var ki, məmurlar icra başçısından xəbərsiz bu işləri görə bilməzdilər. Çox yaxın günlərdə, bəlkədə saatlarda X,İskəndərov haqda həbs-qəti imkan tədbirinin seçiləcəyi gözlənilir".