Generalın qızlara divan tutan idmançı qohumuna cinayət işi açıldı - FOTOLAR

25-05-2015, 20:10           
Generalın qızlara divan tutan idmançı qohumuna cinayət işi açıldı - FOTOLAR
Bakının məşhur klubunda qızlara divan tutan general qohumu barəsində cinayət işi başlandı.

Bu gecə "Famous" karaoke-klubda qızları döyən çempion İsa Əzizov Cinayət Məcəlləsinin xuliqanlıq (221-ci) maddəsi ilə məsuliyətə cəlb olunub. İşi araşdıran Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin təhqiqatçısı Müşfiq Cəbrayılov Milli.Az-a açıqlamasında bildirdi ki, toplanmış materiallar istintaqa göndərilib. Zərərçəkmişlərin izahatı alınıb. İ.Əzizovu isə hələ də tapmaq mümkün olmayıb.

Hadisə zamanı hücuma məruz qalan Diana Babayeva Rusiya vətəndaşı olduğunu və başına gələnlərlə bağlı səfirliyə müraciət edəcəyini vurğuladı.

Moderator.az xəbər verir ki, İ.Əzizovun barəsində Səbail rayonunda da hələ davam edən cinayət işi var.

Onu da əlavə edək ki, İ.Əzizov hazırda yüksək vəzifə tutan generalın bacısı oğludur. İ.Əzizov kikboksinq idman növü ilə məşğuldur və yüksək nəticələrə sahibdir. O, bu gecə karaoke klubda Elvina Əliyevanı döyüb, sonra isə "Gellandevagen" markalı maşına qoyaraq aparmaq istəyib.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru