2-ci qrup Qarabağ əlili Ramil Usubova şikayət etdi
26-08-2016, 17:32
teref.az-ya müraciət edən 2-ci qrup Qarabağ əlili Daxili İşlər naziri Ramil Usubova şikayət ərizəsi ilə müraciət edib
Azərbaycan Respublikasının
Daxili İşlər Naziri cənab
Ramil Usubova
Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov
Küçəsi, ev 22 V ünvanda yaşayan
Məhərrəmov Novruz Həmid oğlu
Tərəfindən (055 721 79 54)
Cənab nazir,
Yazıb Sizə bildirirəm ki, mən Ermənistan Respublikasından 1988-ci ildə qovulan insanlardan biriyəm, bundan başqa mən vətənimizin ərazi bütövlüyü uğrunda gedən vətən müharibəsində 1991-94-cü il tarixlərdə Erməni işğalçılarına qarşı döyüşlərdə ağır yaralanmışam və ikinci qrup əlil olmuşam, eyni zamanda əsası ümum milli liderimiz H.Əliyev tərəfindən qoyulmuş YAP-n üzvüyəm.
18.07.2016-cı il tarixdə mənə dövlətimiz tərəfindən xidmətlərimə və əlil olduğuma görə verilmiş 10 nn 795 nömrə nişanlı OKA avtomobilini idarə edərkən Səbail rayon 20-ci sahədə təxminən səhər saat 9.30 radələrində nömrə nişanını dəqiq bilmədiyim ağ rəngli son nomrəsi 926 olan BMV markalı avtomobilin Kamıran adlı sürücüsü tərəfindən vəşhicəsinə döyülmüşəm, (hətta protez dişlərimi sınıb) bu hala aid şəkillər və həkim rəyi də var. Bu hadisədən sonura mən müvafiq olaraq Daxili İşlər Naziri Ramil Usubova, Baş Prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik orqanının rəhbəri Mədət Quliyevə ərizə ilə müraciət etmişəm, öz növbəsində onların hamısından cavab məktubu almışam ki, mənim işim araşdırılmaq üçün Səbail RPİ –nə göndərilib.Lakin əvvəl mənim işim tədqiqatçı Cavid Hüseyinovda olmuş, sonura isə veriblər Vüqar Hüseyinova onlar da mənim işimə çox səthi yanaşır.Mən hesab edirəm ki, mənim kimi Qarabağ əlili olan keçmiş döyüşçüyə qarşı zor tədbiq etməklə şərəf və ləyaqətimin alçaldılması bütün Azərbaycan xalqına qarşı təhqirdir. Əgər Sizə yazdığım məktubdan sonura mənim işimə ədalətli baxılmasa mən düşmən dövlət olan Ermənistan Respublikasından siyasi sığınacaq istəmək məcburiyətindəyəm. Sizdən xahiş edirəm mənə qarşı törədilmiş cinayət işini nəzarətə götürərək, işin ədalətli həllinə yardım edəsiniz.
İmza: Məhərrəmov Novruz Həmid oğlu
26.08.2016-cı il.