Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər

29-06-2024, 16:24           
Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər.

Bu barədə hərəkatın nümayəndəsi Yəhya Sarı "Al Masirah" telekanalında bildirib.

Onun sözlərinə görə, husilər Aralıq dənizində İsrailin Hayfa limanına gedən "Waler" neft tankerinə hücum ediblər.

Bundan əlavə, husi sözçüsü Aralıq dənizində "Johannes Maersk" konteyner gəmisinə, həmçinin Qırmızı dənizdə "Delonix" kimyəvi tankerə və "Loannis" yük daşıyıcısına hücumların edildiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru