Kamikadzelər ard-arda partlayış törətdi - Xeyli sayda ölən və yaralanan var

1-07-2024, 11:34           
Kamikadzelər ard-arda partlayış törətdi - Xeyli sayda ölən və yaralanan var
Nigeriyanın şimal-şərqində yerləşən Qvoza şəhərində qadın kamikadzelərin koordinasiyalı hücumları nəticəsində azı 18 nəfər ölüb, 19-u ağır olmaqla 30 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, Borno əyalətinin Fövqəladə Halların İdarə Olunması Agentliyinin baş direktoru Barkindo Səid jurnalistlərə bildirib ki, ilk qadın kamikadze yerli vaxtla saat 15:00 radələrində toy mərasimi zamanı partlayıcı qurğunu işə salıb.

Bir neçə dəqiqə sonra ümumi xəstəxananın yaxınlığında daha bir partlayış baş verib.

Daha sonra dəfn mərasimi zamanı üçüncü hücumu yas paltarı geyinmiş kamikadze həyata keçirib.

Ölənlər arasında uşaqlar və hamilə qadınlar da var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru