General qohumunun vurduğu aktrisa: "Ona "yox" deyənlərin həyatı təhlükədədir"

26-05-2015, 21:27           
General qohumunun vurduğu aktrisa: "Ona "yox" deyənlərin həyatı təhlükədədir"
"Famous" karaoke-klubda hücum və təhqirə məruz qalan aktrisa Diana Babayeva Milli.Az-a bildirdi ki, rəfiqəsi Elvina Əliyevanı döyən çempion İsa Əzizov qorxulu adamdır: "İsa Əzizovun bəyənib rədd cavabı aldığı qızların həyatı təhlükədədir. Bir neçə dəfə həmin klubda qızlara qarşı kobudluq edib. İsa Əzizovun ailə üzvləri mənə zəng edərək ərizəmi geri götürməyi, görüşməyi təklif edirlər. İsanın barəsində başqa bir cinayət işi olduğundan şikayətçi olmamağımı xahiş edirlər. Onlara dedim ki, sizin böyükdən də, kiçikdən də, hər birinizdən qorxuram".

Əldə etdiyimiz məlumata görə, İ.Əzizov hələ də polisdən gizlənir. Onun əməli ilə bağlı Cinayət Məcəlləsinin xuliqanlıq (221-ci) maddəsi ilə cinayət işi başlanıb.
İ.Əzizovun barəsində Səbail rayonunda da hələ davam edən cinayət işi var.
Onu da əlavə edək ki, İ.Əzizov hazırda yüksək vəzifə tutan generalın bacısı oğludur. İ.Əzizov kikboksinq idman növü ilə məşğuldur və yüksək nəticələrə sahibdir. O, bu gecə karaoke klubda Elvina Əliyevanı döyüb, sonra isə "Gellandevagen" markalı maşına qoyaraq aparmaq istəyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.