Çində “Qaemi” qasırğası nəticəsində ölənlərin sayı 50-yə çatıb

20-08-2024, 10:44           
Çində “Qaemi” qasırğası nəticəsində ölənlərin sayı 50-yə çatıb
Çinin mərkəzi hissəsində “Qaemi” qasırğasının qurbanlarının sayı 50 nəfərə çatıb, 15 nəfər isə itkin düşmüş hesab olunur.

AYNA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Hunan əyalətinin administrasiyasına istinadən məlumat yayıb.

“20 günə yaxın davam edən hərtərəfli axtarış-xilasetmə əməliyyatlarından sonra 26 kənd və 5 qəsəbədə 50 nəfərin öldüyü təsdiqlənib. Daha 15 nəfər isə itkin düşüb”, - məlumatda deyilir.

Qeyd edək ki, tayfun Çinin materik hissəsindən əvvəl Tayvanın şərq sahillərində, İlan mahalında tüğyan edib. Rəsmi məlumatlara görə, adada 10 nəfər təbii fəlakətin qurbanı olub, 890 nəfər isə xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru