Təbriz və Zəncanda 4 nəfər edam edilib

21-08-2024, 15:35           
Təbriz və Zəncanda 4 nəfər edam edilib
Avqustun 18 və 19-da İranın Təbriz və Zəncan şəhərlərində dörd məhbusun edamı icra edilib.

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) təşkilatının məlumatına görə, avqustun 18-də Təbriz həbsxanasında narkotik qaçaqmalçılığı ilə əlaqəli cinayətlərdə təqsirli bilinən Abbas Əlayi Ağbulaq və Əli Azmun edam olunub. Abbas Əlayi Ağbulaq dörd il əvvəl, Əli Azmun isə iki il əvvəl narkotik ittihamları ilə həbs edilib və ölüm cəzasına məhkum olunub.

Avqustun 19-da isə Zəncan həbsxanasında narkotik cinayətləri və qətl ittihamları ilə məhkum edilmiş iki şəxs, Mehdi Piri və Məzahir Eyvəzi, edam edilib. Mehdi Piri iki il əvvəl narkotik ittihamları ilə, Məzahir Eyvəzi isə üç il əvvəl qətl ittihamı ilə həbs edilib. Hər iki məhkum sonradan edam cəzası alıb.

Bu edamlarla bağlı hələlik nə həbsxana rəsmiləri, nə də məhkəmə orqanları rəsmi açıqlama verib.

İranda edamların sayının son zamanlarda kəskin artdığına dair məlumatlar yayılıb. Human Rights Watch bu gün bildirib ki, İran hakimiyyəti 2024-cü il iyunun sonunda prezident seçkilərindən sonrakı bir ay ərzində ən azı 87 nəfəri edam edib.

İnsan haqları təşkilatı IHR-nin saytında dərc olunan statistikaya əsasən, İran rejimi bu ilin əvvəlindən ölkədə müxtəlif ittihamlarla 387 nəfəri edam edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru