Rusiyada azərbaycanlı iş adamı oğulluğu tərəfindən öldürüldü – FOTO/VİDEO

21-08-2024, 18:50           
Rusiyada azərbaycanlı iş adamı oğulluğu tərəfindən öldürüldü – FOTO/VİDEO
Rusiyanın Moskva vilayətinin Reutov şəhərində 43 yaşlı azərbaycanlı iş adamı öldürülüb.

Bizim.Media Rusiya teleqram kanallarına istinadən xəbər veir ki, hadisə atıcılıq poliqonunda baş verib.

Belə ki, azərbaycanlı biznesmen Emin Quliyev atıcılıq poliqonunda 17 yaşlı oğulluğu tərəfindən ehtiyatsızlıqdan sinəsindən karabinlə güllələnərək öldürülüb.

Faktla bağlı Tir (atıcılıq poliqonu) inzibatçısı 51 yaşlı Mixail Aborin saxlanılıb.

Məlum olub ki, ötən gecə 43 yaşlı iş adamı Emin Quliyev 17 yaşlı oğulluğu Dənizlə birlikdə Reutov şəhərinin Pobeda küçəsində yerləşən “Streletski” atıcılıq və idman mərkəzinə gəlib.
"Tiqr" karabinini götürüb atıcılıq məşqlərinin keçirildiyi otağa girən Emin özü atış edib və daha sonra karabini Dənizə verib.

O, oğulluğunun şəklini telefonu ilə çəkmək üçün qabağa çıxıb. Bu zaman ögey atasını görməyən Dəniz atəş xəttinə keçərək karabindən atəş açıb və ehtiyatsızlıqdan Eminin sinəsindən vurub. Kişi yerindəcə dünyasını dəyişib.

Tirin administratoru Mixail Aborin Eminə çəkiliş otağını təqdim etsə də, ona və oğulluğuna heç bir göstəriş verilməyib.

İnzibatçı 11-ci sinif şagirdinə pasportunu göstərməyi belə tələb etmədən və xidmət göstərilməsi üçün müqavilə bağlamadan atəş açmağa icazə verib.

Faktla bağlı “İstehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən, ehtiyatsızlıqdan ölümlə nəticələnən xidmətlər göstərmə” maddəsi ilə cinayət işi başlanıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.