Taylandda təyyarə qəzaya uğradı: 9 nəfər öldü

23-08-2024, 10:14           
Taylandda təyyarə qəzaya uğradı: 9 nəfər öldü
Taylandın Çaçoenqsao əyalətində Cessna tipli kiçik təyyarə meşəlik əraziyə düşüb. Hadisə nəticəsində 9 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, Taylandın Trat əyalətinə getmək üçün paytaxt Banqkokdan 7 sərnişin və 2 pilotla havaya qalxan TFT209 nömrəli Cessna tipli təyyarə yerli vaxtla saat 15:18-də Çaçoenqsao əyalətində meşəlik əraziyə düşüb.

Əraziyə polis, sağlamlıq və xilasetmə qrupları göndərilib.

Qəzada 5 çinli, 2 taylandlı və 2 taylandlı pilot olmaqla 7 nəfər həyatını itirib.

Təyyarənin qəzaya uğramasının səbəbi hələlik məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru