Bəhruz Səmədov Bakıda saxlanıldı

23-08-2024, 08:25           
Bəhruz Səmədov Bakıda saxlanıldı
Avqustun 21-də axşam saatlarında politoloq Bəhruz Səmədov Bakıda saxlanılıb. Pravda.az xəbər verir ki, bu barədə onun nənəsi Zibeydə Osmanova "Turan"a bildirib.

Z.Osmanova qeyd edib ki, B.Səmədov saat 16:00 radələrində dostu ilə görüşmək üçün evdən çıxıb. Onun sözlərinə görə, yaşadığı evdə axtarış aparılıb və B.Səmədova aid bəzi sənəd və əşyalar götürülb.

"Sonradan Vəfa adlı bir vəkil zəng etdi və Bəhruzun "dövlətə xəyanət"də şübhəli bilindiyini, ermənilərlə yazışmasının aşkar edildiyini, onların sifarişi ilə məqalələr yazdığını dedi", - Z.Osmanova deyib.

O, bu ittihamları təkzib edib.

Qeyd edək ki, B,Səmədov həm də "OC Media"nın və https://bakuresearchinstitute.org/ saytının müəllifidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru