Yeməyin daha faydalı olması üçün onu yağda qızartmayın - MARAQLI MƏSLƏHƏT

23-08-2024, 09:58           
Yeməyin daha faydalı olması üçün onu yağda qızartmayın - MARAQLI MƏSLƏHƏT
Qızardılmış yeməkləri sevirsiniz, amma artıq çəki almaq və sağlamlığınıza zərər vermək istəmirsiniz? Belə vəziyyətdə çıxış yolunun sevimli yeməklərdən tamamilə imtina etmək olduğunu düşünməyin. Sadəcə yağdan imtina edin.Foodinfo.az oxuculara yağsız da dadlı yemək hazırlamağın yolunu açıqlayacaq.Belə ki, kərə və bitki yağından istifadə etmək əvəzinə, yeməkləri bulyonda (ət suyunda) qızardın.Tərəvəzli bulyonu öncədən hazırlayın və qızartmağa başlamazdan öncə tavaya bir neçə qaşıq tökün.Bulyonda yağın miqdarı olduqca azdır, lakin yeməyi normal qızartmaq üçün kifayət edir. Yemək yanmadan hazır vəziyyətə gəlir və adi qızartma ilə müqayisədə daha faydalı olur.Yağ əvəzinə tərəvəz bulyonu istifadə etsəniz, qızardılmış yeməklərinizin kalorisi də aşağı olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.