Serbiyadan Bosniyaya keçmək istəyən miqrantlardan azı 8-i Drina çayında batıb

23-08-2024, 16:04           
Serbiyadan Bosniyaya keçmək istəyən miqrantlardan azı 8-i Drina çayında batıb
İki Balkan ölkəsi rəsmilərinin cümə axşamı bildirdiklərinə görə, Drina çayından Serbiyadan Bosniyaya keçərkən miqrantları daşıyan qayığın aşması nəticəsində azı 8 nəfər batıb.

Daxili işlər naziri İvitsa Daçiçin dediyinə görə, baş verən hadisə ilə bağlı məlumat Serbiya polisinə səhər saat 5 radələrində Bosniyadakı həmkarlarından və bir vətəndaşdan gəlib.

Rəsmilər müxtəlif rəqəmlər təqdim etdiyi üçün qayıqda olan insanların dəqiq sayını təsdiqləmək mümkün olmayıb.

Daçiç bildirib ki, qayıq aşdığı zaman içərisində olan 25 nəfərdən 3-ü uşaq olmaqla, 18-i Bosniyaya çata bilib.

"Polis və xilasedicilər Drina çayında və ətraf ərazilərdə əlavə axtarışları davam etdirir" - deyə, Daçiç açıqlamasında bildirib.

Daçiç bildirib ki, sahilə çıxan 18 miqrantdan 16-sı Suriyadan, 2-si isə Misirdəndir. Onların arasında 10 azyaşlı uşaq olub.

Bosniyanın fövqəladə hallar rəsmisi Boris Trniniç daha əvvəl qayıqda 30-a yaxın adamın olduğunu, onlardan 15-nin xilas edildiyini bildirib.

Qərbi Avropaya çatmaq üçün Balkan quru yolundan istifadə edən miqrantlar Macarıstan, Xorvatiya və ya Bosniyaya keçməzdən əvvəl Bolqarıstan və ya Şimali Makedoniyadan Serbiyaya gəlir.

Müharibələrdən və yoxsulluqdan qaçan insanlar zəngin Avropa ölkələrinə çox zaman qeyri-qanuni yollarla keçməyə çalışır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.