"Microsoft" 1985-ci ildən bəri mövcud olan faydalı bölməni "Windows"dan siləcək
23-08-2024, 10:50
"Microsoft" sistemi konfiqurasiya etmək üçün "Parametrlər" tətbiqini saxlayaraq, "Windows 11"dən "İdarəetmə paneli"ni siləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Neowin" portalı məlumat yayıb.
"İdarəetmə Paneli"nin dəyişdirilməsi haqqında ilk dəfə 2011-ci ildə, "Windows 8"də sensor cihazlar üçün nəzərdə tutulmuş "FK Parametrləri" tətbiqini təqdim edəndə məlumat yayılmağa başlayıb. Buna baxmayaraq, bütün bu müddət ərzində "İdarəetmə Paneli" "Parametrlər" ilə paralel olaraq mövcud olmağa davam edirdi.
İndi yeni dəstək səhifəsində "Microsoft"un "İdarəetmə Paneli"ndən "Parametrlər" bölməsinə tam keçid prosesində olduğu barədə məlumatı aşkar ediblər.
"Biz daha müasir və sadələşdirilmiş interfeys təklif edən "Parametrlər" tətbiqinin xeyrinə "İdarəetmə Paneli"ni ləğv etmək prosesindəyik. Baxmayaraq ki, "İdarəetmə Paneli" uyğunluq səbəbi ilə hələ də mövcuddur və hələlik köçürülməmiş bəzi parametrlərə girişi təmin etmək üçün mümkün qədər "Parametrlər"dən istifadə etməyi tövsiyə edirik", - tərtibatçıların məlumatında bildirilir.
Qeyd edək ki, "İdarəetmə Paneli" ilk dəfə 1985-ci ildə "Windows 1.0"ın buraxılışı ilə ortaya çıxıb. Bu bölmənin "Windows"dan tam olaraq nə vaxt silinəcəyi məlum deyil.