Bülbülün Şuşadakı ev-muzeyinin direktoru ziyarətçiləri qovdu

23-08-2024, 18:02           
Bülbülün Şuşadakı ev-muzeyinin direktoru ziyarətçiləri qovdu
Bülbülün Şuşada yerləşən ev-muzeyinin direktoru Ülviyə Hüseynova ziyarətçilərə qarşı çox kobud davranış nümayiş etdirib.

Axar.az-ın əməkdaşının verdiyi məlumata görə, o, nahar fasiləsini bəhanə edərək ev-muzeyini qapısını bağlayıb, ziyarətçiləri oradan çıxarıb.

"Bülbülün ev-muzeyini ziyarət etməyə gəlmişik. Burada ev-muzeyin direktoru olduğunu deyən Ülviyə Hüseynova adlı xanım saat 2-də nahar fasiləsinə çıxdığını bildirib, muzeyi bağladı. Üstəlik, sanki insanların ona borcu varmış kimi çox qaba və tərbiyəsiz şəkildə rəftar edərək, ziyarətçiləri həyətdən çıxardı”, - məlumatda qeyd olunub.
https://axar.az/news/toplum/891203.html?fbclid=IwY2xjawE1dc5leHRuA2FlbQIxMQABHVwQN9jaDokI2B1eECrA6Ryiv3aph9wQYMydpyTa0mf2M5i9dN5SdKy4Ug_aem_svUlZuftzmRmbaxlBErXwA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru