Rusiyada qiyam! Girovlar və ölənlər var! 2 milyon dollar və vertolyot tələb edirlər
23-08-2024, 18:09
Hurriyyet.az xəbər verir ki, özlərini İŞİD üzvləri kimi təqdim edən şəxslər Rusiyanın Volqoqrad vilayətində, intizam komissiyasının iclası zamanı koloniya əməkdaşlarını girov götürüblər. Sosial şəbəkələrdə yayılan videolarda qanlı cəsədlər görünür, 3 nəfərin həlak olduğu xəbər verilir. Terrorçular 2 milyon dollar və vertolyot tələb edirlər. Girovluqdan qaça bilmiş iki nəfər yaralı halda xəstəxanaya çatdırılıb. Hadisə yerinə xüsusi təyinatlılar gətirilib. Girovların azad edilməsi üçün tədbirlər görülür. Volqoqrad vilayətində yerləşən 19 saylı islah koloniyasında məhbuslar qiyam edərək, girovlar götürüblər. "Teleqram" kanallarda yayılan məlumatda üç nəfərin həlak olduğu bildirilir.