Bakıda dörd yaşlı uşağı avtomobil vurub 25-08-2024, 10:47 Bakının Səbail rayonunda dörd yaşlı uşaq yol-nəqliyyat hadisəsində xəsarət alıb."Report"un məlumatına görə, 2020-ci il təvəllüdlü A.Dəmirov yolu keçərkən avtomobil onu vurub.Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş